Murad Sebastatsi | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1874[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 4 avqust 1918 |
Vəfat yeri | |
Vəfat səbəbi | döyüşdə ölüm[3] |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Hnçak |
Döyüşlər | |
Vikianbarda əlaqəli mediafayllar |
Murad Sebastatsi (erm. Սեբաստացի Մուրադ) – erməni qulduru, dəstə başçısı, Ermənistanın milli qəhrəmanı.
(1874 Sivas – 4 avqust 1918 Bakı).
XIX əsrin sonunda Hnçak partiyasına qoşulur, ermənilərin Osmanlı hökumətinə qarşı keçirilən aksiyalarında iştrak edir. Sonradan Daşnaksütuna qoşulur. 1904-cü il Sasun üsyanı zamanı osmanlı ordusuna qarşı döyüşlərdə iştrak edir. Sasun üsyanı yatırıldıqdan sonra, öz dəstəsi ilə Van tərəfə çəkilir və Van ətrafındakı türk və kürd kəndlərinə basqınlar təşkil edir. 1905–1906-cı illərdə Zəngəzurda başına yığdığı ermənilərdən ibarət dəstə ilə Azərbaycan kəndlərinə hücum edir, kəndlər talan edilir, yandırılır, əhali kütləvi şəkildə qətlə yetirilir. 1908-ci il "gənc türklər inqlabından sonra erməni icmasının həyatında aktiv iştrak edir. 1916-cı ildə Ərzincanda erməni milli komitəsinə rəhbərlik edir. 1918-ci ildə azərbaycanlı ahaliyə qarşı qətliam törədən daşnaklara kömək etmək üçün Bakıya qəlir və avqustun 4-ü döyüşlərin birində qətlə yetirilir.